“Azəravtoyol”  təcrübə - sınaq layihəsinə start verdi - VİDEO

Yeniliklər 15 İyun 2017 10:41 Oxunub 1212
“Azəravtoyol”  təcrübə - sınaq layihəsinə start verdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstehsalı mümkün olan digər avadanlıqlar isə layihələndirilmə mərhələsindədir

“Azəravtoyol” ASC ilk dəfə olaraq xüsusi təyinatlı yol texnikaları üçün avadanlıqların istehsalına dair təcrübə - sınaq layihəsinin icrasına başlayıb. ASC-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, mütəxəssislər tərəfindən aparılmış araşdırma nəticəsində yol texnikaları, maşın-mexanizmər üçün əvvəllər böyük məbləğ hesabına xaricdən alınan xüsusi təyinatlı avadanlıqlar və onların bir çox hissələri ölkəmizdə istehsal etmək, həmçinin kooperasiya yolu ilə müxtəlif xarici istehsalçılardan idxal edib yığım şəklində ərsəyə gətirilməsinin mümkünlüyü dəqiqləşdirilib.

Xarici ölkələrin xüsusi təyinatlı yol-istismar avadanlıqlarının istehsalı ilə məşğul olan müəssisələri məhz bu təcrübədən istifadə edərək müvəffəqiyyət qazanıblar.

Araşdırmaların nəticəsinə uyğun olaraq, aşağıda qeyd olunan xüsusi təyinatlı avadanlıqların həm yerli istehsalı, həm də kooperasiya yolu ilə (yəni mühərrik, hidravlik nasos, elektron ləvazimatlar, bir sıra həssas hissələrin tanınmış xarici istehsalçılardan idxal edilərək yığımda istifadə edilməsi) istehsalını həyata keçirmək mümkündür:

· Yol-təmir avadanlıqları ilə təchiz edilmiş xüsusi təyinatlı avtomobil;

· Bitum daşıyan və səpən avtomobillər (emulqatorlar);

· Su daşıyan avtomobillər;

· Yolların təmizlənməsi və yol ayrıclarında quraşdırılmış əyri xətli tirlərin yuyulması üçün nəzərdə tutulmuş avtomobillər;

· Xüsusi sovurucu və yol süpürənlə təchiz edilmiş avtomobillər;

· Paylayıcı və sayğacla təchiz edilmiş yanacaq daşıyan avtomobillər;

· Qış aylarında istifadə edilən duz-qum səpən aqreqatlar.

Təcrübə-sınaq layihəsi çərçivəsində “Azəravtoyol” ASC yuxarıda sadalanan avadanlıqların bir çoxunun istehsalına artıq nail olub. Bu avadanlıqların bəziləri, yəni 9 ədəd su maşını və 1 ədəd yanacaq daşıyan maşın cəmiyyətin Nəqliyat idarəsinin ixtiyarına verilib və artıq müvəffəqiyyətlə də istismar edilir. Təcrübə-sınaq layihəsi çərçivəsində hazırda bir-neçə maşın -mexanizmlərdə (bitum maşını, duz-qum səpən aqreqatlar, yol təmiri maşını və s.) son tamamlama, dəqiqləşdimə işləri görülür. İstehsalı mümkün olan digər avadanlıqlar isə layihələndirilmə mərhələsindədir.

 

Qeyd edək ki, yol təmiri və tikintisində lazım olan avadanlıqların ölkəmizdə istehsal olunması üçün hazırlanan təcrübə - sınaq layihəsinin məqsədi xarici komponentlərə olan aslılığı azaltmaq, bununla da dövlət büdcəsinə dəstək olmaqdır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh