"Apple" sürücüsüz avtomobillər üzərində çalışır

Texnologiya 15 İyun 2017 18:45 Oxunub 1318
"Apple" sürücüsüz avtomobillər üzərində çalışır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Applen"ın “Titan Layihəsin”də təxminən min mühəndis çalışır

ABŞ-ın  texnologiya nəhəngi Apple-ın CEO-su Tim Cook, firmanın sürücüsüz avtomobil texnologiyası sahəsində çalışdığını söylədi. Avtosfer.az xəbər verir ki, "Tim Cook", Bloomberg TV-dəki müsahibəsində, firmanın sürücüsüz avtomobil sahəsində çalışdıqları işləri haqqında məlumat verib. Sözü gedən  texnologiyanın Apple üçün əsas olduğunu vurğulayan Cook, “Biz, avtomatik sistem texnologiyasına köklənmişik. Bu texnologiya bütün süni zəka layihələrinin  ən vacibidir. Üzərində çalışdığımız ən çətin süni zəka layihəsi olduğunu söyləyə bilərəm” ifadəsini səsləndirdi. Cook, avtomatik sistem texnologiyalarının üç sinifə üzrə inkişaf etdiyini vurğulayaraq elektriklə işləyən avtomobillərin, sürücüsüz avtomobil texnologiyasının və xüsusi avtomobil sahiblərinin taksilik etməsinə imkan yaradan mobil tətbiqlərin paralel inkişaf etdiyini qeyd etdi. Applen-ın  2014-cü ildə başlayan “Titan Layihəsi” (Project Titan) adıyla bilinən sürücüsüz avtomobil texnologiyası proqramında hal hazırda təxminən min mühəndisin çalışdığı təxmin edilir. Aprel ayında ABŞ-ın Kaliforniya əyalətində “sürücüsüz avtomobil texnologiyası” testləri üçün icazə alan Apple, bu əyalətdə icazələri olan Volkswagen, Mercedes Benz, BMW, General Motors, Ford, Nissan və Honda kimi dünya avtomobil nəhəngləri və Google, Tesla, Uber kimi texnologiya şirkətləri ilə yarışır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh