Binə və Buzovnada ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Qəzalar 15 İyun 2017 11:54 Oxunub 937
Binə və Buzovnada ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki faktla bağlı araşdırma aparılır

Bakıda piyadanın vurulması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 14-də saat 13.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Gəncəvi Gənciyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Əhəd Əsədovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Həmin gün saat 13.00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini İlqar Fətullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ramiz Abasovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh