İki avtomobil toqquşdu: üç nəfər ağır xəsarət alıb - Ağsuda

Qəzalar 15 İyun 2017 14:53 Oxunub 909
İki avtomobil toqquşdu: üç nəfər ağır xəsarət alıb - Ağsuda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya isitnadən xəbərinə görə, Ağsu şəhərindəki bazarın qarşısında rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyev Kamran Qalib oğlunun idarə etdiyi VAZ 2106 markalı minik avtomobili qarşı tərəfdən gələn 1992-ci il təvəllüdlü Quluzadə Asim Abuzər oğluna məxsus VAZ 2106 markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və sərnişin, 1991-ci il təvəllüdlü Nuriyeva Gülnar Şakir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh