Goranboyda yol qəzası: ana və üç övladı xəsarət alıb - ƏLAVƏ OLUNUB

Qəzalar 15 İyun 2017 18:11 Oxunub 799
Goranboyda yol qəzası: ana və üç övladı xəsarət alıb - ƏLAVƏ OLUNUB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar xəstəxanaya yerləşdiriliblər

Bakı-Qazax magistralında baş verən qəza nəticəsində ana və üç övladı xəsarət alıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə yolun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü Xəqani Məmmədov yüngül xəsarət alıb. Onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Nəvriyyə Məmmədova kəllə-beyin travması, övladları - 2007-ci il təvəllüdlü Rauf Məmmədli, 2008-ci ildə anadan olmuş Nazim Məmmədli və 40 günlük körpə Rəsul Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh