Metroların çıxışı bazara çevrilib - Hərəkəti mane olurlar - VİDEO

Qaydalar 16 İyun 2017 01:23 Oxunub 1588
Metroların çıxışı bazara çevrilib - Hərəkəti mane olurlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Meyvə-tərəvəzdən tutmuş, paltarlara kimi məhsulların satıldığını görmək olar

Son zamanlar küçə ticarətinin artdığı müşahidə olunur. Xüsusilə də metroların çıxışlarının qarşısı demək olar ki, bazara çevrilib. Məsələn, metronun Həzi Aslanov stansiyasının çıxışını buna misal göstərmək olar. Burda meyvə-tərəvəzdən tutmuş, paltarlara kimi məhsulların satıldığını görmək olar. İnsanlar isə yaranan bu mənzərənin həm yolu keçmək üçün çətinlik yaratdığını, həm də gigiyenik qaydalara uyğun olmadığını deyirlər. Xüsusilə də mövsümü meyvə və tərəvəzlərin bu il bol olması küçə ticarəti ilə məşğul olanlarının sayını artırıb. Satıcılar isə bu iradlarla razılaşmır. Onlar bazarlardansa bu yerlərin alıcılara daha çox sərf etdiyini deyir.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentindən də etiraf edirlər ki, son zamanlar küçə ticarəti ilə məşğul olanların sayı ciddi şəkildə artıb. Qanunla qadağan olan küçə ticarətinə qarşı mütəmadi reydlər aparılır və belə şəxslər 80 manat cərimə edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh