“Qurtuluş kuboku”nun qalibi polislər oldu

Yol polisi 16 İyun 2017 04:02 Oxunub 1072
“Qurtuluş kuboku”nun qalibi polislər oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Turnir rayon ictimaiyyəti tərəfindən maraqla izlənilib

İsmayıllı rayonu Gənclər və İdman İdarəsi və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Qurtuluş kuboku” uğrunda mini-futbol turniri keçirilib. Yarışda müxtəlif idarə, müəssisə və təşkilatları təmsil edən 16 komanda iştirak edib. Turnirə İsmayıllı Rayon Polis Şöbəsinin mini-futbol komandası da qatılıb. Keçirilən qarşılaşmaları öz qapısından bir qol belə buraxmadan qələbə ilə başa vuran İsmayıllı RPŞ-nin komandası finala yüksəlib. Dünən keçirilən final görüşündərayonun Olimpiya İdman Kompleksində baş tutan görüşdə polislərin rəqibi “Tikinti ASC”-nin komandası olub. RPŞ-nin komandası 5:2 hesabı ilə qələbə qazanıb, “Qurtuluş kuboku” uğrunda mini-futbol turnirinin qalibi olub.

Turnir rayon ictimaiyyəti tərəfindən maraqla izlənilib. 

 

Zeyni Hüseynov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh