İri ağac avtomobilin üzərinə aşdı: xəsarət alan var - FOTO

Qəzalar 16 İyun 2017 11:00 Oxunub 1167
İri ağac avtomobilin üzərinə aşdı: xəsarət alan var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü köməksiz vəziyyətdə deformasiyaya uğrayan avtomobilin içində qalıb

Mingəçevir şəhərində ağac hərəkətdə olan maşının üzərinə aşıb, sürücü xəsarət alıb. Avtosfer.az-ın “Report“a istinadən məlumatına görə, hadisə şəhərin Nizami küçəsi ərazisində baş verib. Belə ki, şəhər sakini, 1987-ci il təvəllüdlü Rəvan Ramiz oğlu Əliyev idarə etdiyi 90-FP-566 dövlət qeydiyyat nömrə nişanlı "Nissan-Sunny" markalı avtomobillə hərəkətdə olan zaman güclü külək iri gövdəli ağacı kökündən qopararaq avtomobilin üzərinə aşırıb. Nəticədə sürücü deformasiyaya uğrayan avtomobilin içində qalıb. Köməksiz vəziyyətdə qalan sürücü ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb və Mingəçevir Şəhər Mərəkəzi Xəsətəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh