Yol polisləri "07" sürən "avtoş"u döyə-döyə tutdu - REAL VİDEO

Yol polisi 22 İyun 2017 02:11 Oxunub 7098
Yol polisləri "07" sürən "avtoş"u döyə-döyə tutdu - REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polislər sürücünü döyərək tutmaqla yanaşı maşını da əziblər

Yol polislərinin ən birinci “düşmənləri” sərxoş sürücülər və avtoxuliqanlardır. Çünki hər ikisi qəzalara və vətəndaşların həyatlarını itirməsinə səbəb olur. Avtoxuliqanlara qarşı cəza tədbirləri müxtəlifdir. Pul cəzası, hətta həbs də var. Lakin Moskvada yol polisləri “avtoşa” qarşı fərqli cəza tətbiq ediblər.

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda “07” sürücüsünü saxlamaq istəyən yol polisi avtomobili təpikləyir. Bir anlıq fürsətdən istifadə edən sürücü “aradan çıxmağa” çalışsa da polislər onu yenidən yaxalayırlar. Bu dəfə isə  onun avtomobilinin şeşələri sındırılır, özü isə düşürdülərək döyülür.  Kadrlardan görünür ki, sürücü rus deyil. Daha çox Qafqazlıya bənzəyir. Rus polisinin isə digər millətlərə qarşı hansı mövqedən çıxış etdiyi məlumdur.

Avtosfer.az sözügedən görüntüləri təqdim edir:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh