Qayda pozan "06"nı ortadan belə vurdular - REAL VİDEO

Avtosfer TV 18 İyun 2017 01:40 Oxunub 7621
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“06”nın sürücüsü heç olmasa yan güzgülərə baxıbmı?

Sosial şəbəkələrdə qəribə bir avtomobil qəzasının videosu yayılıb. Hadisə rayonların birindən keçən əsas magistral yolda baş verib. Kadrlardan görünür ki, videoqeydiyyatçısı olan sürücü yolla normal sürətlə hərəkət edir. Onun qarşısı tamamilə boşdur. Yolun sağında isə "Vaz 2106" markalı avtomobil dayanıb. Üzərindəki “şahmat” taksi sürücüsü olduğunu təsdiqləyir. Qəfildən yolun sağından sola dönmə edib qarşı tərəfə çıxmağa çalışan “06” sürücüsü əsas yola hərəkət edən avtomobilin qarşısına çıxır və sürücünün qapı tərəfindən vurulur. Nəzərə alsaq ki, sözügedən ərazidə düz xətt çəkilib və orda ümumiyyətlə geriyə dönmək qadağandır, eyni zamanda “06”nın sürücüsü qəfildən yola çıxır qəzanın əsas səbəbkarı olduğu təsdiqlənir.

Amma maraqlıdır ki, yola çıxan zaman “06”nın sürücüsü heç olmasa yan güzgülərə baxıbmı? Əgər baxıbsa gözləməli idi. Ya da ki, sürücünün gözlərində ciddi problemlər var. Videonun sonunda görünür ki, digər bir avtomobil də eyni səhvi təkrarlayaraq qarşıdan gələb avtomobilin önünə çıxır. Deyəsən bu rayonda belə adətdir.

Avtosfer.az sözügedən görüntüləri təqdim edir:

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh