Şamaxıda zəncirvari yol qəzası

Qəzalar 16 İyun 2017 14:11 Oxunub 959
Şamaxıda zəncirvari yol qəzası
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şamaxı rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Şamaxı yolunun 107-ci kilometrliyində qeydə alınıb. Xaçmaz rayon sakini Zülfüqar Baratovun idarə etdiyi “Daewoo”, İsmayıllı rayon sakinləri Adil Bağırovun idarə etdiyi “Mercedes” və Nicat Hüseynovun idarə etdiyi “VAZ 21015” markalı minik avtomobillər toqquşub. Toqquşma nəticəsində avtomobillərdəki sərnişinlər - 2004-cü il təvəllüdlü Rövşən Usubov, 1990-cı il təvəllüdlü İradə Mustafayeva və 1956-cı il təvəllüdlü Məhərrəm Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh