Azərbaycanlı məşhurların övladları öldü - SİYAHI

Yazarlar 16 İyun 2017 16:14 Oxunub 10402
Azərbaycanlı məşhurların övladları öldü - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların ölüm səbəbləri arasında yol qəzası da var

Avtosfer.az metbuat.az-a istinadən övladını itirən məşhur haqda məlumatı təqdim edir:

Məşhur bəstəkarlar Nailə və Hikmət Mirməmmədlinin 3 övladından biri olan oğulları illər əvvəl dənizdə boğularaq vəfat edib.

"Teymur əmi" kimi tanınan, xalq artisti Teymur Mustafayevin oğlu idarə etdiyi avtomobilin yanması nəticəsində vəfat edib.

Tanınmış aparıcı Afaq Gəncəlinin oğlu Qədirxan 2015-ci ildə xərçəng xəstəliyindən vəfat edib.

Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayev bu il mart ayının 11-də dostları tərəfindən döyülərək öldürülüb.

Xalq artisti, diktor Şərqiyyə Hüseynovanın qızı da beyin qanaması nəticəsində vəfat edib.

Xalq artisti Arif Quliyevin oğlu isə uzun çəkən xəstəlikdən sonra vəfat edib.

 

Metbuat.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh