Yol polisi sürücülərə müraciət etdi- çimərlik mövsümü ilə əlaqədar

Yol polisi 16 İyun 2017 18:13 Oxunub 28919
Yol polisi sürücülərə müraciət etdi- çimərlik mövsümü ilə əlaqədar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qarşı yola çıxmayın, düzgün ara məsafəsi saxlayın

Bakı şəhər Dövlət yol polisi idarəsi çimərlik mövsümünün başlaması ilə əlaqədar olaraq sürücülərə, o cümlədən çimərliklərə üz tutan vətəndaşlara müraciət edib. 

BŞDYP-nin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, hər il çimərlik mövsümündə çimərliklərə yaxın ərazilərdə müxtəlif yol nəqliyyat hadisələri baş verir. Bu da əsasən özünü piyadaların vurulması, sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi, düzgün geyim formasının – xüsusən də ayaq geyiminin seçilməməsi qəzalara səbəb olur. “İlk növbədə qeyd etmək istəyirəm ki, sürücülər ayaq geyimlərindən (çəkələklərdən) istifadə edirlər ki, bu da ayaqların tərləməsi nəticəsində avtomobilin qaz və tormoz pedallarına nəzarətin itməsində özünü göstərir, nəticədə yol-nəqliyyat hadisələri baş verir. 

Bundan əlavə çimərliklərdən çıxan bəzi sürücülər sərxoş vəziyyətdə sükan arxasına otururlar. Bu da bizi narahat edir. Odur ki, yol polisi çimərliklərə yaxın ərazilərdə xidməti gücləndirib və naryadların sayını artırıb. 

Bundan başqa DYP sürücülərə tövsiyə edir ki, çimərlik yollarında qaydaları pozmasınlar, qarşı yola çıxmasınlar, düzgün ara məsafəsi saxlasınlar. Piyadalara isə yol polisinin tövsiyəsi bundan ibarətdir ki, çimərlik ərazilərində keçidlərdən istifadə etsinlər, yolu keçərkən diqqətli olsunlar. Təəssüflər olsun ki, çimərliklərin ərazisində yerüstü və yeraltı piyada keçidlərinin olmasına baxmayaraq piyadalar onlardan istifadə etməyə tənbəllik edir və nəticədə sürücülərin diqqətini yayındırır, yol-nəqliyyat hadisələrinə səbəb olur, bəzən isə özləri avtomobillər tərəfindən vurulur. Yaxud sürücülər piyadanı vurmamaq üçün avtomobili qaçırdır və başqa yol nəqliyyat hadisəsi baş verir, nəticə isə maddi və mənəvi zərərlə ölçülür.”

 

 

 Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh