Azərbaycanda İşlənmiş avtomobillərə maraq artıb - VİDEO

Avtobazar 17 İyun 2017 00:35 Oxunub 1723
Azərbaycanda İşlənmiş avtomobillərə maraq artıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Satıcılar bu il də yay aylarında satışın artdığını bildirirlər

Azərbaycanda işlənmiş avtomobillərə maraq artıb. Satıcılar hər il olduğu kimi, bu il də yay aylarında satışın artdığını bildirirlər. Avtosfer.az xəbər verir ki, buna görə də iyun, iyul, avqust ayları avtomobil satıcıları üçün əlverişli mövsüm hesab edilir. Xüsusilə də ötürücü sistemi avtomatik olan və kondisionerli avtomobillərə tələb böyükdür. Qiyməti 15 min manatdan aşağı olan avtomobillər daha tez satılır. Həmçinin ili təzə və mühərrik həcmi kiçik olan avtomobillərə də maraq böyükdür. Satıcılar alıcılıq qabiliyyəti artdığına görə qiymətlərin 15-25%-dək yüksəldiyini ı deyirlər. Alıcılıq qabiliyyətinin artması bahalı avtomobillərin satışının canlanmasına səbəb olub.

Satıcılar bildirir ki, qiymət artımı sezonun sonuna, yəni avqust ayına kimi davam edəcək. Bu aydan sonra isə qiymətlərin nisbətən aşağı düşəcəyi gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh