Bakı səmasında naməlum obyekt göründü - VİDEO

Yol nişanları 17 İyun 2017 00:40 Oxunub 14652
Bakı səmasında naməlum obyekt göründü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ancaq obyekt uzaqda olduğu üçün nə olduğu bilinmir

Bakı səmasında naməlum obyektin hərəkət etdiyi görüntülənib. Avtosfer.az xəbər verir ki, həmin anları yaxınlıqda yaşayan bir vətəndaş telefonun kamerası ilə qeydə alıb. Sosial şəbəkələrdə yayılan və həyəcana səbəb olan kadrlarda naməlum obyektin hərəkət etdiyi aydın görünür. Ancaq obyekt uzaqda olduğu üçün nə olduğu bilinmir.

Şamaxı Astrofizika Rəsədxanasından fəlsəfə elmlər doktoru Ədalət Ətayi deyir ki, bu uçan naməlum obyekt deyil. Onun fikrincə, naməlum obyekləri dərhal təhlükəli saymaq doğru olmaz. Qurum rəsmisi bu cür görüntülərlə qarşılaşdıqda vətəndaşları təlaşa düşməməyə çağırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh