“İtmiş şəhər” tapıldı - Min ildən çox yaşı var + Fotolar

Maraqlı 17 İyun 2017 01:05 Oxunub 1561
“İtmiş şəhər” tapıldı - Min ildən çox yaşı var + Fotolar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəhərdə Misir, Hindistan, Çin kimi uzaq ölkələrdən gətirilən əşyalar tapılıb

Efiopiyanın şərqində qazıntılar aparan arxeoloqlar 10-cu əsrə aid tarixi şəhərin qalıqlarını tapıblar. “Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Harlaa bölgəsində ortaya çıxan şəhərdə Misir, Hindistan, Çin kimi uzaq ölkələrdən gətirilən əşyalar tapılıb. Bu isə hələlik “itmiş şəhər” adlandırılan həmin şəhərin bir vaxtlar zəngin ticarət mərkəzi olduğunu göstərir.

Həmçinin, şəhərdə 12-ci əsrdə tikilmiş məscidin qalıqları da üzə çıxarılıb.

Arxeloqlar ərazidə 300 nəfərin basdırıldığı məzarlıq da tapıblar. Sümüklər incələndikdən sonra şəhər əhalisi müəyyən fikirlər ortaya çıxacaq.

Qazıntıların davam edəcəyi bildirilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh