Yolu keçmək istəyən gənci avtomobil vurdu: sürücü hadisə yerindən uzaqlaşıb - Bakıda

Qəzalar 17 İyun 2017 08:10 Oxunub 1054
Yolu keçmək istəyən gənci avtomobil vurdu: sürücü hadisə yerindən uzaqlaşıb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tofiq Eyyubov yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub

Bakıda 24 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1993-cü il təvəllüdlü Eyyubov Tofiq Ramiz oğlu yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Nəticədə o, kəllə-beyin travması və ayaqlarından sınıq xəsarətləri alıb. T.Eyyubov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir. Qeyd edək ki, piyadanı vurmuş sürücü hadisə yerindən yayınıb. Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh