Hərbi gəmi ilə yük gəmisi toqquşdu - 4 yaralı, 7 itkin

Qəzalar 17 İyun 2017 08:19 Oxunub 936
Hərbi gəmi ilə yük gəmisi toqquşdu - 4 yaralı, 7 itkin
WhatsApp kanalımıza abunə ola bilərsiniz
7 ABŞ hərbçisinin axtarışına 5 zirehli kater və aviasiya dəstəsi cəlb edilib

Yaponiya sahillərində ABŞ esminesi ilə Filippinə məxsus yük gəmisinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb, 7 nəfər itkin düşüb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Reuters agentliyi ABŞ Hərbi-Dəniz Qüvvələrinə istinadən məlumat verib. Məlumata əsasən, yaralılardan biri “USS Fitzgerald” esminesinin kapitanıdır. O, və daha 3 hərbçi ABŞ Hərbi-Dəniz Qüvvələrinin hospitalına çatdırılıb, vəziyyətlərinin sabit olduğu bildirilir. Yaponiya Sahil Mühafizəsi İdarəsinin məlumatına görə, qəza nəticəsində itkin düşən 7 ABŞ hərbçisinin axtarışına 5 zirehli kater və aviasiya dəstəsi cəlb edilib. Xatırladaq ki, yerli vaxtla saat 02:30-da Yaponiyanın Yokosuka şəhərindən 103 km cənub-qərbdə  ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “USS Fitzgerald” esminesi Filippin bayrağı altında üzən “ACX Crystal” yük gəmisi ilə toqquşub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh