Metroda sonuncu vaqon qadınlar üçün ayrılacaq

Maraqlı 17 İyun 2017 11:03 Oxunub 1813
Metroda sonuncu vaqon qadınlar üçün ayrılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müxalifət qüvvələrinin tənqidinə baxmayaraq, layihə həyata keçiriləcək

Türkiyənin Bursa şəhərinin meriyası metroda qadınlar üçün ayrı vaqonlar ayrılmasını nəzərdə tutan layihənin icrasına başlayıb. Avtosfer.az-ın oxu.az-a istinadən verdiyi  xəbərə görə, şəhər meri Rəcəb Altəpə bildirib ki, yenilik qadınların ictimai nəqliyyatda rahatlığını təmin edəcək.  Onun sözlərinə əsasən, layihə əhalinin müxtəlif qrupları arasında müsbət qarşılanıb. R.Altəpə bəyan edib ki, müxalifət qüvvələrinin tənqidinə baxmayaraq, layihə həyata keçiriləcək. “Belə təcrübə ABŞ və Yaponiyada da var”, - şəhər meri xatırladıb. Yerli nəqliyyat şirkətindən bildiriblər ki, layihə “şəhər hakimiyyətinin tələblərinə əsasən həyata keçiriləcək” və metronun sonuncu vaqonları qadınlar üçün ayrılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh