Sürücü ər-arvadı vuraraq hadisə yerindən qaçıb - Bakıda

Qəzalar 17 İyun 2017 08:54 Oxunub 1032
Sürücü ər-arvadı vuraraq hadisə yerindən qaçıb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır

Bakıda ər-arvadın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, Qaraçuxur qəsəbəsində minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü İbrahimov Pərviz Ədil oğlunu və həyat yoldaşı, 1985-ci il təvəllüdlü Abbasova Talehə Məhəmməd qızını vurub. Nəticədə hər iki şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. P. İbrahimov polisə ilkin ifadəsində onların "Opel" markalı avtomobil tərəfindən vurulduğunu bildirib. Qeyd edək ki, hadisəni törətmiş sürücü ərazidən qaçıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh