Prezidentin 315 milyon dollar borcu var

Maraqlı 17 İyun 2017 14:15 Oxunub 1299
Prezidentin 315 milyon dollar borcu var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Donald Trampın 2016-cı il üçün maliyyə deklarasiyası dərc edilib

ABŞ prezidenti Donald Trampın 2016-cı il üçün maliyyə deklarasiyası dərc edilib. Avtosfer.az azvision.az-a istinadən bildirir ki, 98 səhifəlik sənədə əsasən Tramp Vaşinqtondakı oteldən 19,7 milyon dollar, Florida ştatındakı "Mar-a-Laqo" kurortundan 37,2 milyon, Nyu-Cersi ştatındakı qolf-klubdan 19,8 milyon dollar gəlir götürüb. Sənəddə Trampın ümumilikdə 565 müxtəlif kompaniya və təşkilatdan 288 milyon dollar gəlir əldə etdiyi göstərilir. Tramp deklarasiyada 2016-cı ilin yanvarından bu ilin bahar aylarına qədər ümumilikdə aktivlər üzrə 1,4 milyard dolları, gəlirlər üzrə isə 598 milyon dolları qeyd edib. Prezidentin borc öhdəlikləri təxminən 315 milyon dollar təşkil edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh