36 yaşlı qadın rekordu yenilədi: 90 metr yüksəklikdə dişindən asılı qaldı - VİDEO

Maraqlı 17 İyun 2017 15:17 Oxunub 1399
36 yaşlı qadın rekordu yenilədi: 90 metr yüksəklikdə dişindən asılı qaldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, asılı qaldığı 10 dəqiqənin 7-ni maraqlı hərəkətlər etməklə keçirib

Niaqara şəlaləsindən 90 metr yüksəklikdə çəkilən görüntülər izləyənləri heyrətləndirir. Avtosfer.az milli.az istinadən xəbər verir ki, görüntülərdə qadının şəlalənin 90 metr hündürlüyündə havada dayanan helikopterdən, sadəcə, dişindən asılması əks olunub.

Erendira Vallenda, qorxusuz Nik Vallendanın həyat yoldaşı, iki dəfə dişindən asılaraq etdiyi bu hərəkətlə əri tərəfindən qırılan rekordu yeniləyib.

36 yaşlı akrobat halqanın içərisində maraqlı hərəkətlər edib. Görüntüləri onun helikopterdəki əri çəkib.

O, asılı qaldığı 10 dəqiqənin 7-ni maraqlı hərəkətlər etməklə keçirib. Rekordu yenilədikdən sonra mətbuat konfransı keçirən Erendira bildirib ki, yaşadığı anlar, bir sözlə, möhtəşəm idi. Qeyd edək ki, onun əri 2011-ci ildə "Silver Dollar City"də 76 metr hündürlükdə dişindən asılı qalaraq rekord qırmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh