"Trampın öldürülməsi" tamaşasında dava düşdü - VİDEO

Maraqlı 17 İyun 2017 17:36 Oxunub 1552
"Trampın öldürülməsi" tamaşasında dava düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gənc qadın mühafizəçilərin köməyi ilə səhnədən çıxarılıb

Nyu-York teatrında qarşıdurma yaşanıb. Avtosfer.az-ın "qaynarinfo"ya istinadən məlumatına görə, Laura Lumer adlı sağçı jurnalist teatr tamaşasının qərəzli olduğunu qışqıraraq özünü səhnəyə atıb. O, tamaşanın Trampa qarşı şiddəti normallaşdırdığını bildirib. Gənc qadın mühafizəçilərin köməyi ilə səhnədən çıxarılıb.  O, aparılarkən, "CNN, Keti Qriffin və Nyu-York teatrı İŞİD-dir", - deyə qışqırıb. Lumer tamaşaya müdaxilə etdiyi üçün həbs olunub. O, tutulduqdan sonra bütün tərəfdarları etiraza çağırıb. Lumerdən sonra daha bir iştirakçı etiraz edib və tamaşanın terrorçuları qızışdırdığını iddia edib. Bundan sonra sözügedən tamaşanın göstərilməsi dayandırılıb. Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın əleyhinə hazırlanan "Stiv Skeylsın qanı əllərinizdədir" adlı tamaşa prezidentin öldürülməsindən bəhs edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh