Bugatti haqqında bilmədiyiniz 5 məlumat

Avtodünya 17 İyun 2017 20:01 Oxunub 3030
Bugatti haqqında bilmədiyiniz 5 məlumat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bugatti Chiron-un ön hissəsindəki loqo 146 qramlıq gümüşdən hazırlanıb

1. Bugattini bağlanıqdan sonra bazara qaytaran Volkswagen olub

Bugatti 1952-ci ildə bağlandıqdan sonra dəfələrlə şirkəti bazara qaytarmaq üçün cəhdlər oldu. Lakin bu uğursuz çalışmalardan sonra yalnızca VW 1998-ci ildə şirkəti alıb öz himayəsinə qatdı. Eyni ildə Bentley və Lamborghinini-də alan VAG Qrup superkar bazarınında böyük bir hissəsini idarə etməyə başlamışdı.

2. Bugatti Chiron-un ön hissəsindəki loqo 146 qramlıq gümüşdən hazırlanıb

Dünyanın ən güclü, ən eksklyuziv və ən sürətli avtomobilininin üzərində qiymətli metallardan istifadə olunması əslində o qədər də təəccüblü deyil. 146 qram saf gümüş avtomobilin ön hissəsinə yerləşdirilib. Həm logo, həm də çərçivə.

3. 1936 Type 57C Atlantic bu günə qədər satılan ən bahalı Bugatti-dir

Dünyada cəmi iki ədəd saxlanılan bu avtomobil Bugattinin yaradıcısı Ettore Bugatti-nin oğlu Jean Bugatti tərəfindən dizayn edilmişdi. Avtomobildən bu günə qədər cəmi iki nümunə saxlanılıb. Bu nümunələrdən biri Kaliforniya muzeyine 30-40 milyon dollar arası bir məbləğə satılıb.

4. Type 57C Atlantic-in ilk sahibi Lord Victor Rotschild olub

Hal-hazırda Kaliforniya muzeyinde saxlanılan Type 57C-nin ilk sahibi məşhur Rotchild ailəsinin seçilən üzvlərindən Lord Victor Rotchild idi. Avtomobili 1936-cı ildə alıb 1941-ci ildə satdıqdan sonra avtomobil bir-neçə dəfə yer dəyişib.

5. Bugatti Chiron 2 fərqli açarla satılır

 

Bugatti-nin yeni flaqmanı Chiron iki fərqli açarla satılır. Birinci açar avtomobili 380 km/saat sürətinə limitləyir. Digər açar isə Chiron-un 1500 at gücündən maksimum şəkildə yararlanmağa imkan verir. // technote.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh