Satıcının başı qarışdı, 2 min manat oğurlandı - VİDEO

Avtosfer TV 18 İyun 2017 01:13 Oxunub 4224
Satıcının başı qarışdı, 2 min manat oğurlandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ancaq oğurluğunun kameraya düşdüyünü bilməyib

Bakıda ərzaq mağazalarından birindən oğurluq olub. Həmin an mağazanın təhlükəsizlik kamerasına da düşüb. Avtosfer.az xəbər verir ki, görüntülər paytaxtın Nəsimi rayonu metronun “28-may'” stansiyası yaxınlığında yerləşən bir ərzaq mağazasındandır. Bir gənc satıcının başının qarışdığını görüb və piştaxtanın arxasındakı kassadan 2 min manat pulu götürüb. Ancaq oğurluğunun kameraya düşdüyünü bilmir. Külli miqdarda pulu götürdükdən sonra o, şübhə yaratmasın deyə mağazanı dərhal tərk etmir. Öz növbəsini gözləmiş kimi dayanır, bir müddətdən sonra mağazadan çıxır.

Zərərçəkmişlər hadisədən axşam mağazanı bağlayıb, pulları hesablayarkən xəbər tutublar. Pulun oğurlandığını gördükdən sonra ərazi üzrə Nəsimi rayon 22-ci polis bölməsinə məlumat veriblər.

Bölmədən bildirilib ki, həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi, daha sonra isə saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh