Süpürgəçi qadın yolda ölümdən belə döndü – Bakıda - VİDEO

Yazarlar 18 İyun 2017 08:38 Oxunub 6064
Süpürgəçi qadın yolda ölümdən belə döndü – Bakıda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozarkən kameraya düşüb

Bakıda baş vermiş qəzadan son anda yayınmaya dair 2 videonu təqdim edirik. Avtosfer.az xəbər verir ki, görüntülərdən biri iyunun 6-da, səhər saat 11.19-da Zabrat körpüsündən Heydər Əliyev prospektinə çıxan istiqamətdə qeydə alınıb. Yolu keçməyə çalışan süpürgəçi qadını qəfil manevr edən minik avtomobili vurmaqdan son anda qurtara bilir. Sürətlə hərəkət avtomobilin sürücüsü qadına yol vermək üçün dayanan digər maşınla toqquşmamaq üçün sağa hərəkət edib. Bu zaman qadın çaş-baş qalıb və yolun ortasında dayanıb. Sürücü onu vurmadan yoluna davam edə bilib. Burada sürücünün məsuliyyətsizliyi ondadır ki, sürət həddini aşır və düzgün ara məsafəsi saxlamır. Qadın süpürgəçi isə yolu çox təhlükəli şəkildə keçir.

İkinci görüntü isə “Gənclik” metrostansiyasının yaxınlığındakı tuneldəndir. "Mercedes GL" markalı avtomobil Atatürk prospekti ilə gəlib körpüdə sol zolaqla hərəkət edən avtomobilin qarşısına çıxır. Sürücü öz hərəkət istiqamətini düzgün seçmədiyi üçün qəfil manevr edir və hərəkət edən digər maşının yoluna çıxmaqla manevr qaydasını pozur, həmçinin gözləmə adacığını da "tapdalayır". 

Əziz sürücülər, yollarda diqqətli olun! Əziz piyadalar, siz isə daha diqqətli olun! Birinci vəziyyətdə sürücünün sağ qalma ehtimalı var, piyadanın isə çox azdır.

 

Fuad

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh