Qəza törədən sürücünün avtomobilindən narkotik çıxdı - VİDEO
Qaydalar 18 Iyun 2017 04:54 1010 dəfə oxunub
Qəza törədən sürücünün avtomobilindən narkotik çıxdı - VİDEO
Kamran Əmirxanov Buzovnada idarə etdiyi avtomobili maneəyə vurduğu üçün saxlanılıb

Yol nəqliyyat hadisəsi törədən sürücünün avtomobilindən narkotik maddə aşkar edilib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən paytaxt sakini əvvəllər məhkum olunmuş Kamran Əmirxanov Buzovna qəsəbəsində idarə etdiyi avtomobili maneəyə vurduğu üçün saxlanılıb. Sürücünün özünü şübhəli davranışları yol polislərinin diqqətindən yayınmayıb. Bu səbəbdən Kamran Əmirxanov idarə etdiyi avtomobillə birlikdə idarəyə gətirilib. Onun avtomobilinə baxış zamanı salonunda gizlədilmiş 400 qram qurudulmuş marixuana aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və avtobilində gizlətdiyini etiraf edib.

Xəzər polisi Bakı şəhər sakini Həmid Əliyevi də narkotik alverində şübhəli kimi qismində saxlayıb. Onun əlindəki sellofan torbadan 720 qram qurudulmuş marixuana aşkar edilib. İstintaq zamanı məlum olub ki, Həmid Əliyev marixunanı yaş halda əldə edib və bir neçə gün saxlayıb qurudandan sonra yaşadığı Binə qəsəbəsinə aparan zaman polislər tərəfindən saxlanılıb.

Qeyd edilən faktlarla bağlı Xəzər rayon polis idarəsində müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Emin

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh