London metrosunda hərəkət qismən dayandırıldı

Gündəm 18 İyun 2017 08:50 Oxunub 781
London metrosunda hərəkət qismən dayandırıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanan binananın yaxınlığında yerləşən stansiyaların sərnişinləri və platformada gözləyən sərnişinlər üçün "müvəqqəti təhlükə" mövcuddur

London metrosunun iki xəttində insanların üzərinə yanan binanın dağıntılarının düşməsi hallarının qarşısı alınması üçün hərəkət qismən dayandırılıb. Avtosfer.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, iki xəttə Ecver-rouddan Hammersmitə qədər stansiyalar bağlanıb. London yanğın xidmətindən bildirilib ki, yanan binananın yaxınlığında yerləşən stansiyaların sərnişinləri və platformada gözləyən sərnişinlər üçün "müvəqqəti təhlükə" mövcuddur. Qeyd edək ki, iyunun 14-nə keçən gecə Londonda 24 mərtəbəli “Grenfell Tower” yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində azı 30 nəfər həlak olub, 58 nəfərin itkin düşdüyü bildirilir. Hazırda xəstəxanalarda 24 nəfər müalicə alırş Onlardan 12-si hələdə reanimasiyadadır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh