Yaponiyadan Kuril adalarına baş tutacaq ilk aviareys təxirə salındı

Gündəm 18 İyun 2017 09:30 Oxunub 739
Yaponiyadan Kuril adalarına baş tutacaq ilk aviareys təxirə salındı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aviareysi əlverişsiz hava şəraitinə görə iyunun 19-na təxirə salınıb

Yaponiyadan Kuril adalarına baş tutacaq ilk çarter aviareysi əlverişsiz hava şəraitinə görə iyunun 19-na təxirə salınıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə səfərin təşkilatçıları bildirib. Məlumata görə, yerli vaxtla 08.30-a (Bakl vaxtı ilə 03.30) planlaşdırılan reys qatı duman səbəbindən təxirə salınıb. Qeyd edək ki, Rusiyanın “Avrora” aviaşirkətinə məxsus təyyarə cənubi Kuril adalarının 70-dək keçmiş sakinini əcdadlarının qəbrini ziyarət etmək üçün ilk dəfə olaraq tarixi yurduna aparmağı planlaşdırır.  Nümayəndə heyəti Kunaşir və Şikotan adalarına səfər edəcək. Nümayəndə heyətini Yaponiyanın XİN rəhbərinin müavini Nobuo Kisi daxil olmaqla bir neçə rəsmi şəxslər müşayiət edəcək. Bu vaxtadək analoji səfərlər üçün dəniz nəqliyyatından istifadə edilib. Hava əlaqəsinin yaradılmasına dair razılaşma Yaponiyanın baş naziri Sindzo Abenin apreldə Moskvaya səfəri zamanı əldə olunub. Yaponiya Rusiyadan II Dünya müharibəsi zamanı itirdiyi Kunaşir, İturup, Şikotan və Xabomai adalarının geri qaytarılmasını tələb edir.  Rusiya tərəfi iddia edir ki, cənub Kuril adalarının II Dünya müharibəsinin yekunlarına əsasən SSRİ-nin tərkibinə qatılıb, Rusiyanın adalar üzərində suverenliyi müvafiq beynəlxalq hüquq normalarına əsaslanır və şübhə altına alına bilməz.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh