Planetoloqdan SOS: Yerlə Ay toqquşacaq...
Maraqlı 18 Iyun 2017 12:32 203 dəfə oxunub
Planetoloqdan SOS: Yerlə Ay toqquşacaq...
Bəs Yer Ayla toqquşmaya qədər yaşayacaqmı?

65 milyard il sonra Yerlə Ay toqquşa bilər. Avtosfer.az teleqraf.com-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Aydaxo universitetinin planetoloqu Ceyson Brans "Forbes"in yazarı Bryus Dormineyuya müsahibəsində deyib. O, baş verəcək hadisənin səbəbini belə izah edib: "Bu, ona görə baş verəcək ki, Yerin təbii peykinin öz oxu ətrafında fırlanma sürəti daim azalır və o, hər il bizdən 3,8 sm aralanır. Hazırda Ayın tam dövrə vurması üçün 27 sutka tələb olunur. Yerlə toqquşacağı ərəfədə isə Ayın tam dövrə vurmasına 47 gün lazım olacaq".

Bəs Yer Ayla toqquşmaya qədər yaşayacaqmı?

Leven universitetinin alimləri vurğulayır ki, Günəş 5 milyard ildən sonra sönərək sadəcə "qırmızı nəhəng"ə çeviləcək. Ulduzların kütləsi artacaq və kosmosda güclü tullantılar baş verəcək. Yer yəqin ki, dağılmayacaq, ancaq planetdə həyat tamamilə yox olacaq. Yerin məhv olacağı haqda başqa bir nəzəriyyəyə görə isə Yer başqa bir səbəbdən - Ay üzündən dağılacaq. Kaliforniya universitetinin alimlərinin iddiasına görə, Ay nəhəng asteroidlərlə toqquşacaq və asteroid bir neçə hissəyə bölünəcək. O zaman nəhəng parçalar Yerə düşəcək və hər şeyi məhv edəcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh