Ştutqart aeroportunda iki şübhəli şəxs saxlanılıb

Gündəm 18 İyun 2017 18:22 Oxunub 711
Ştutqart aeroportunda iki şübhəli şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda aeroportun normal rejimdə fəaliyyəti bərpa edilib

Bu gün Almaniyanın Ştutqart şəhər aeroportunda təyyarədə terror aktı törətməyə hazırlaşmaqda şübhəli sayılan iki nəfər saxlanılıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “Stuttgarter Zeitung” qəzeti məlumat yayıb. Şübhəli şəxslər Ştutqart aeroportundan Bolqarıstana uçacaq təyyarədə saxlanılıb. Saxlanılan şəxslərin ifadələri açıqlanmayıb, söhbətin terror aktı, yaxud uğursuz zarafatdan gedib-getmədiyi məlum deyil. Saxlanılanların yaşı və milliyəti barədə məlumat verilmir. “Bulgaria Air” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri evakuasiya edilib, təyyarədə axtarış aparılıb. Təyyarədə şübhəli əşya aşkarlanmayıb. Aeroportun fəaliyyəti isə müvəqqəti dayandırılıb. Hazırda aeroportun normal rejimdə fəaliyyəti bərpa edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh