Bakı metrosunda dəhşət: qatarın altında qalıb öldü - YENİLƏNİB

Gündəm 18 İyun 2017 18:25 Oxunub 987
Bakı metrosunda dəhşət: qatarın altında qalıb öldü - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlkin araşdırmalar nəticəsində məlum olub ki, 83 yaşlı kişi intihar məqsədi ilə özünü qatarın altına atıb

Bu gün Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasında qatarın altında qalan şəxs vəfat edib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, saat 12:30 radələrində bədbəxt hadisə nəticəsində qatarın altına yıxılan 1934-cü il təvəllüdlü Xəlilov Səyyad Şirin oğlu həkimlərin səyinə baxmayaraq ölüb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, 83 yaşlı kişi intihar məqsədi ilə özünü qatarın altına atıb. Belə ki, S.Xəlilov saat 12:33-də özünü qatarın altına atıb. Dərhal platformaya daxil olan qatar cərəyandan ayrılıb və saat 12:50-də S.Xəlilov huşsuz vəziyyətdə qatarın altından çıxarılıb. Burada məlum olub ki, onun bədənində hər hansı sınıq xəsarəti yoxdur, yəni qatarın altında qalsa da, ortadakı boşluğa düşüb və vaqonun təkərləri onun üstündən keçməyib. Bununla belə hadisənin şoku altında olan ahıl kişinin ürəyi partlayıb və onun həyatını xilas etmək mümkün olmayıb.

*****

13:08

 

Bu gün Bakı metrosunda faciəvi hadisə baş verib. 65-70 yaşlı kişi metronun "Elmlər Akademiyası" stansiyasında platformada olarkən relslərin üzərinə yıxılıb. Hadisə qatar platformaya daxil olarkən baş verib və həmin şəxs huşsuz vəziyyətdə relslərin üzərindən götürülüb. Stansiyaya təcili tibbi yardım briqadası gəlib. Üzərindən çıxan sənədlər əsasında məlum olub ki, həmin şəxs 83 yaşlı Səyyad Xəlilovdur. Onun özünü qəsdən qatarın altına atması və ya bədbəxt hadisə nəticəsində yıxılması kamera görüntüləri araşdırılandan sonra dəqiqləşəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh