Taksi sürücüsünün başına oyun açdılar - Bakıda

Gündəm 18 İyun 2017 18:27 Oxunub 1186
Taksi sürücüsünün başına oyun açdılar - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müraciət əsasında araşdırma aparılır

Bakıda taksi sürücüsü qarşılaşdığı hadisə ilə bağlı polisə müraciət edib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Hüseynov Vüqar Əlhəsən oğlu şikayət ərizəsi yazaraq qeyd edib ki, Sarayevo küçəsində şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olarkən tanımadığı şəxs müştəri qismində nəqliyyat vasitəsinə əyləşib. Həmin şəxs şəhərin müxtəlif yerlərindəki bir neçə ünvana taksi sürdürdükdən sonra sürücünün Zığ şosesinə sürməsini istəyib. Onlar Xətai rayonu Zığ şosesinə gələndə müştəri düşüb və bir neçə dəqiqədən sonra qayıdacağını deyib. Lakin V.Hüseynov nə qədər gözləsə də, müştəri qayıtmayıb.

 

 

Müraciət əsasında araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh