5 gün iş olmayacaq

Gündəm 18 İyun 2017 19:01 Oxunub 1236
5 gün iş olmayacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şənbə və bazar günləri də daxil olmaqla 24, 25, 26, 27 və 28 iyun qeyri-iş günü olacaq

Xəbər verdiyimiz kimi, Ramazan bayramı günlərində 5 gün iş olmayacaq. Avtosfer.az xəbər verir ki, tətil günləri artıq gələn həftədən başlayır. Belə ki, bu il Ramazan bayramı və Silahlı Qüvvələr Günü üst-üstə düşdüyünə görə, qeyri-iş günlərinin sayı artacaq.  Nazirlər Kabinetinin təqviminə əsasən, iki bayram eyni günə təsadüf etdiyindən, iyunun 28-i, yəni çərşənbə günü də istirahət günüdür. Beləliklə, hər iki bayram münasibəti ilə şənbə və bazar günləri də daxil olmaqla 5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh