Bu kadrlar Ərəbistanda yox, Azərbaycanda çəkilib - VİDEO

Avtosfer TV 19 İyun 2017 01:44 Oxunub 8299
Bu kadrlar Ərəbistanda yox, Azərbaycanda çəkilib  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi sürücünü cəmi 40 manat miqdarında cərimə edə bilər

Ərəblərdə adət etdiyimiz bu qayda pozuntusunu bu dəfə azərbaycanlı sürücüsü törətdi. Avtomobil hərəkətdə ola-ola sürücüsü qapını açaraq arxa oturacaqdan ön tərəfə keçərək maşını idarə edir.Nəticədə də həm özünün, həm də yolda olan digər sürücülərin həyatını təhlükəyə atır. Avtosfer.az bildirir ki, sosıal şəbəkələrdə yayılan və nə vaxt lentə alındığı dəqiq bilinməyən bu kadrlar digər bir avtomobilin sürücüsü tərəfindən rayonlararası yolların birində qeydə alınıb.Videodan göründüyü kimi 90 ZM 554 dövlət qeydiyyat nişanlı cib marakalı avtomobilin sürücüsü qayda pozur. Bir müddət sükan arxasından uzaqlaşan sürücü arxa oturacağa keçərək oradan yenidən ön oturacağa qayıdır və bununla nəyisə nümayiş etdirmək istəyir.Bəs belə halda bu sürücünü hansı cəza gözləyir?

Video ilə tanış olan yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu halda İnzibati Xətalar Məcəlləsinə görə yol polisi sürücünü 40 manat miqdarında cərimə edə bilər. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh