Azərbaycana maşın gətirmək istəyənlər - Bu xəbəri mütləq izləyin - VİDEO

Avtoxəbər 19 İyun 2017 01:48 Oxunub 4484
Azərbaycana maşın gətirmək istəyənlər  - Bu xəbəri mütləq izləyin - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu tariflərin hamısı yeni qiymətlərlə ödənəcək

2018-ci ildən Gürcüstan ərazisi ilə hərəkət edən, lakin xaricdə qeydiyyata alınmış avtomobillər üçün icbarı sığorta qüvvəyə minəcək. Bununla da Gürcüstana avtomobillə daxil olarkən icbari sığortaya görə yeni tariflər tətbiq olunacaq. Ekspert Ərşad Hüseynov bildirir ki, Gürcüstanda əvvəllər belə bir sığorta olub. Ancaq yeni qanunun qəbul edilməsi ilə tariflərdə artımlar olacaq. Ərşad Hüseynovun sözlərinə görə, indi Gürcüstan eləcə də digər ölkələr yaşıl kartın üzvü olduğuna görə həmin ölkələrə onsuz da beynəlxalq səviyyədə icbari sığorta olmadan avtomobillə daxil olmaq mümkün deyil. Buna görə də Gürcüstanın icbari sığortalar haqqında qanununda dəyişiklik Azərbaycanda hər sürücüyə şamil edilməyəcək.

Yaşıl kart sığortasından faydalanmaq üçün isə tariflər beynelxalq tariflər olduğuna görə onun həcmi maliyyə nazirliyi tərəfindən müəyyən olunur. Yaşıl kart sığortası isə Azərbaycandakı sığorta şirkətləri tərəfindən verilməkdədir. Sığortanın məbləği isə gediləcək ölkədən və orda qalmaq müddətindən asılı olaraq dəyişir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh