Taksi sifarişi gecikdiyi üçün dayanacağa partlayıcı atdılar - Yaralılar var - FOTOLAR

Gündəm 19 İyun 2017 02:18 Oxunub 1360
Taksi sifarişi gecikdiyi üçün dayanacağa partlayıcı atdılar - Yaralılar var - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dayanacaqdakılar bomba atıldığını zənn edərək təşvişə düşüblər

Türkiyənin Qaziantep şəhərində Mehmet G. adlı şəxs taksi dayanacağına partlayıcı tərkibli pirotexniki maddə atıb. “Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, 28 yaşlı şəxs səhər saatlarında taksi şirkətinə zəng vuraraq taksi sifariş verib. Lakin bilinməyən səbəbdən taksi sifariş yerinə getməyib. Bundan əsəbiləşən Mehmet günorta saatlarında taksi dayanacağına gedərək pirotexniki maddəni ora atıb. Hadisə zamanı iki nəfər xəsarət alıb. Dayanacaqdakılar bomba atıldığını zənn edərək təşvişə düşüblər.

Mehmet G. polis tərəfindən saxlanılıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh