Sərxoş kişi polisi ayağa qaldırdı – İçəndən sonra maşının yerini unudubmuş

Avtoxəbər 19 İyun 2017 03:16 Oxunub 2635
Sərxoş kişi polisi ayağa qaldırdı – İçəndən sonra maşının yerini unudubmuş
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşını evin həyətində saxlayıb kafeyə gedən kişi polisə "oğurlanıb" deyirmiş

Bakıda maraqlı hadisə baş verib. Avtosfer.az lent.az-a istinadın xəbər verir ki, Sabunçu rayon Zabrat qəsəbəsi, Şirvan küçəsində yaşayan Faiq Babayev (ad şərtidir) gecə saatlarında Daxili İşlər Nazirliyinin 102 – Qaynar Xəttinə müraciət edib. O bildirib ki, avtomobilini Qaraçuxur qəsəbəsindəki kafenin qarşısında saxlayıb. Daha sonra kafedən çıxdıqda isə maşının qaçırıldığını görüb. Dərhal polis əməkdaşları axtarışlara başlayıb. Bir neçə saat sonra həmin şəxs yenidən polisə zəng edərək üzrxahlıq edib və maşını evinin həyətində saxlayıb kafeyə getdiyini deyib. Məlum olub ki, F.Babayev polisə müraciət edərkən sərxoş vəziyyətdə olub. Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh