Bakıda maşın almaq istəyən 21 yaşlı oğlanı aldatdılar

Xəbərlər 19 İyun 2017 03:18 Oxunub 2763
Bakıda maşın almaq istəyən 21 yaşlı oğlanı aldatdılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
21 yaşlı oğlan verdiyi pulun geri alınmasında polisdən kömək istəyib

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Yasamal rayon sakini, 1996-cı il təvəllüdlü Pirəliyev Tural Hikmət oğlu polisə müraciət edərək bildirib ki, mayın 11-də tanışı Məmməd adlı şəxsə maşın almaq üçün 1750 manat pul verib. Onlar X.Məmmədov küçəsi 4 ünvanının qarşısında görüşüblər və Tural pulu Məmmədə verib. Lakin Məmməd vədinə əməl etməyib. 21 yaşlı oğlan verdiyi pulun geri alınmasında polisdən kömək istəyib.

Araşdırma aparılır.

 

lent.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh