ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya təyyarəsinin vurulduğunu təsdiq edib

Gündəm 19 İyun 2017 08:01 Oxunub 721
ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya təyyarəsinin vurulduğunu təsdiq edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qırıcınınkoalisiyanın tərəfdaşlarının müdafiəsi məqsədi ilə vurulduğu bildirilir

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qərargahı Amerika hərbi təyyarəsinin Rəqqanın qərbində Suriya qırıcısını vurduğunu təsdiq edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "ABC News" telekanalı ABŞ Mərkəzi Komandanlığının hadisə ilə bağlı bəyanatını öz "Twitter" mikrobloqunda dərc edib. Bəyanatda bildirilir ki, Suriya ordusuna məxsus "Su-22" qırıcısı "koalisiyanın quruda döyüşən tərəfdaşlarının müdafiəsi məqsədi ilə" vurulub. Burada söhbət Rəqqanın qərbində yerləşən Tabka şəhərində terrorçularla döyüşən "Suriya demokratik qüvvələri"ninəsgərlərindən gedir. Koalisiyanın məlumatına görə, Bakı vaxtı ilə 19:43-də Suriya təyyarəsi Suriya müxalifətinin əsgərlərinin olduğu əraziyə bomba atmağa başlayıb və nəticədə Amerikanın "F/A-18E Super Hornet" təyyarəsi tərəfindən tərəfdaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə vurulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh