Yol polisindən çəkələk tövsiyəsi

Yol polisi 19 İyun 2017 08:45 Oxunub 5051
Yol polisindən çəkələk tövsiyəsi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Ara məsafəsinin normadan artıq saxlanılmasını tövsiyə edirik"

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi çimərlik mövsümünün başlanması ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib. Avtosfer.az xəbər verir ki, İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar yollarda nəqliyyat vasitələrinin hərəkəti intensivləşəcək: "Yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərə sürət həddinin aşağı endirilməsini, ara məsafəsinin normadan artıq saxlanılmasını tövsiyə edirik". Çəkələklə avtomobil idarə etmənin təhlükə yaratdığını diqqətə çatdıran V.Əsədov sürücülərə çəkələklə avtomobil idarə etməməyi tövsiyə edib.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh