Azərbaycan ordusu 23 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başladı

Gündəm 19 İyun 2017 09:20 Oxunub 873
Azərbaycan ordusu 23 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təlimlərə 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu cəlb olunacaq

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən bu gündən döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Avtosfer.az xəbər verir ki, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Təlimlər iyunun 24-dək davam edəcək.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh