Hərbçiləri daşıyan avtomobil partladıldı: 5 ölü, 4 yaralı

Gündəm 19 İyun 2017 11:18 Oxunub 828
Hərbçiləri daşıyan avtomobil partladıldı: 5 ölü, 4 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İçərisində Tailand Quru Qoşunlarının hərbçiləri olan avtomobil hərəkət edərkən partlayıcı qurğu işə düşüb

Tailandın cənubunda yerləşən Pattani əyalətində avtomobilin partladılması nəticəsində 5 hərbçi ölüb, 4-ü yaralanıb. Avtosfer.az “Report”a  istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər. Hadisə iyunun 19-da baş verib. İnformasiyaya əsasən, içərisində Tailand Quru Qoşunlarının hərbçiləri olan avtomobil hərəkət edərkən partlayıcı qurğu işə düşüb. Bu hücumu krallığın həmin bölgəsində İslam adı altında fəaliyyət göstərən qruplaşmanın törətdiyi ehtimal edilir. Məlumata görə, Tailandın cənubunda yerləşən Pattani, Yala və Naratxivat əyalətlərində xüsusi təhlükəsizlik rejimi mövcuddur. 11 ildir həmin ərazidə partizan savaşı aparanlar bölgədə müstəqil sultanlıq yaratmağa səy göstərirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh