Təyyarəni ildırım vurdu
Qəzalar 19 Iyun 2017 11:27 92 dəfə oxunub
Təyyarəni ildırım vurdu
İnsidentlə bağlı təyyarədə xəsarət alan olmayıb

Türkiyənin "Atlas global" aviaşirkətinə məxsus İstanbul-Tbilisi reysi həyata keçirən təyyarəni ildırım vurub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu səbəbdən təyyarə Atatürk hava limanına geri qayıtmağa məcbur olub. Məlumata görə, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra ildırım təyyarəni vurub ki, təyyarə ekipajı dərhal geri qayıtmaq barədə qərar qəbul edib. İnsidentlə bağlı təyyarədə xəsarət alan olmayıb. Aeroportun mətbuat xidmətindən verilən məlumata görə, həmin təyyarə gecikmə ilə daha sonra reysi davam etdirib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh