Gürcüstandan Azərbaycana avtomobil idxalı 2 dəfədən çox artıb

Avtoxəbər 19 İyun 2017 11:30 Oxunub 1034
Gürcüstandan Azərbaycana avtomobil idxalı 2 dəfədən çox artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 5 ayı ilə müqayisədə 336 ədəd və ya 2,53 dəfə çoxdur

Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 min ABŞ dolları dəyərində 556 ədəd avtomobil gətirilib. Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya Gürcüstanın Statistika Xidmətinə istinadən məlumat verib. Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 5 ayı ilə müqayisədə 336 ədəd və ya 2,53 dəfə çoxdur. Məbləğ baxımından isə bu rəqəm 7 mln. 311,2 min dollar və ya 2,03 dəfə çoxdur. Qeyd edək ki, 2016-cı ilin 5 ayında Gürcüstandan Azərbaycana 7 mln. 095,3 min dollar məbləğində 220 ədəd avtomobil gətirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh