Bakı metrosu ilə sərnişindaşıma 6% artıb
Gündəm 19 Iyun 2017 11:31 66 dəfə oxunub
Bakı metrosu ilə sərnişindaşıma 6% artıb
DSK-a məlumat yaydı

2017-ci ilin yanvar-may ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 87,9 mln. ton yük daşınıb və 2016-cı ilin müvafiq dövrünə nisbətən 2,1% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, yüklərin 61,6%-i avtomobil, 27,9%-i boru kəməri, 6,8%-i dəmir yolu, 3,6%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.

Qeyri-neft yüklərinin həcmi 4,8% artaraq 65,5 mln. ton təşkil edib.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 0,2% azalıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 79,9% təşkil edib.

2017-ci ilin yanvar-may aylarında nəqliyyatçılar 768,2 mln. nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,5% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,1%-i avtomobil nəqliyyatı, 12,7%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2017-ci ilin yanvar-may ayları ərzində 6,0 mln. ton yük, 1,0 mln. sərnişin daşınıb, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 2,9%, sərnişin daşınmasında isə 33,4% artım müşahidə olunub.

Orta hesabla sutkada 360 vaqon yüklənib, 419 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,7 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-may aylarında daşınmış yüklərin həcmi 3185,0 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 47,7% artıb. Yüklərin 47,9%-ni neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 4368,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4186,0 min tonunu və ya 95,8%-ni tranzit yüklər təşkil edib. 2017-ci il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan idxal yüklərin həcmi 122,8 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 22,7% artaraq 8,1 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 54,2 mln. ton yük, 668,9 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3% və 1,9% artım qeydə alınıb. Sərnişinlərin 96,0%-i avtobus, 4,0%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,2%, sərnişin dövriyyəsi isə 2,0% artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 6,3% artaraq 97,5 mln. nəfər olub.

 

Hava nəqliyyatı ilə 784,8 min və ya 25,2% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 8,1% artaraq 63,7 min tona çatıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh