Qadını avtomobil vurdu - Gəncədə
Qəzalar 19 Iyun 2017 11:34 85 dəfə oxunub
Qadını avtomobil vurdu - Gəncədə
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır

Gəncə şəhərində qadını avtomobil vurub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Qazax rayon sakini, hazırda Gəncədə yaşayan 1949-cu il təvəllüdlü Hüseynova Diləfruz Novruz qızı sol baldır nahiyəsinin əzilmiş-kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Qadın bildirib ki, iki gün əvvəl şəhərin “Dubay bazarı” adlanan ərazisində avtomobil onu vurub. Bir neçə gün evdə müalicə olunan qadın daha sonra xəstəxanaya yerləşdirilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh