Bakıda 3 marşrut xətti gücləndirilmiş rejimdə xidmət göstərəcək

Yarışma 19 İyun 2017 12:19 Oxunub 1505
Bakıda 3 marşrut xətti gücləndirilmiş rejimdə xidmət göstərəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, iyunun 23-25-də Azərbaycan paytaxtında keçiriləcək keçiriləcək Formula 1 Qran-Pri yarışı ilə əlaqədardır

“Bakı Şəhər Halqası” Əməliyyat şirkətinin müraciətinə əsasən, iyunun 23-25-də Azərbaycan paytaxtında keçiriləcək "Formula 1" Qran-Pri yarışı ilə əlaqədar 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq rejimində işləməsi qərara alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. Məlumata görə, 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-a qədər sərnişinlərə xidmət göstərəcək. BNA marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu ünvanlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh