Avtomobil 2-si sinif şagirdini vuraraq öldürdü - Ucarda
Qəzalar 19 Iyun 2017 13:23 224 dəfə oxunub
Avtomobil 2-si sinif şagirdini vuraraq öldürdü - Ucarda
Faktla bağlı araşdırma aparılır

Ucar-Zərdab yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Ucar rayonunun Qazyan kəndi ərazisində qeydə alınıb. Ucarın Lək kənd sakini, 2000-ci il təvəllüdlü Allahverdiyev Yusif Allahverdi oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yolu keçən piyada, Qazyan kənd sakini, 2008-ci il təvəllüdlü Xəlilov Həsən Rəşid oğlunu vurub. İkinci sinif şagirdi olan Həsən Xəlilov Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh