"Formula-1" Azərbaycan Qran-Prisi üçün 600 tondan çox yük Bakıya gətirilib - FOTO

Yarışma 19 İyun 2017 16:27 Oxunub 1710
"Formula-1" Azərbaycan Qran-Prisi üçün 600 tondan çox yük Bakıya gətirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reysləri "Silk Way Airlines", "Cargolux", "Qatar Cargo" və "AirBridgeCargo" yük aviaşirkətləri yerinə yetirirlər

"Formula-1" Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanına yüklərin gətirilməsinə başlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 600 tondan çox yük altı reyslə Monreal şəhərindən gətirilib. Daha iki reys bu həftə yerinə yetiriləcək. Reysləri "Silk Way Airlines", "Cargolux", "Qatar Cargo" və "AirBridgeCargo" yük aviaşirkətləri yerinə yetirirlər. "Formula-1" Azərbaycan Qran-Prisinin başlanmasına qədər ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır. Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır. Azərbaycan Qran-Prisi 2017-ci il iyunun 22-dən 25-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh